Əsas Səhifə > Müsahibə > 44 günlük Vətən Müharibəsindən sonrakı real vəziyyət barədə

44 günlük Vətən Müharibəsindən sonrakı real vəziyyət barədə


29-04-2022, 12:39

Azərbaycanda müharibə başa çatdıqdan sonra mina partlayışları nəticəsində 200-dən çox hərbçi, mülki şəxs həlak olub və ya ağır yaralanıb”.

“Şəffaflıq” 
xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə ABŞ-dan olan professor Brenda Şafferin sualını cavablandırarkən söyləyib.


Dövlət başçısının sözlərinə görə, minatəmizləmə prosesi vaxt və maliyyə tələb edir.

“Minatəmizləmə Agentliyi uzun illər əvvəl yaradılıb və indi biz işçilərin sayını artırır və yeni texnika, o cümlədən minalara məruz qalmış əraziləri aşkar edə bilən pilotsuz uçuş aparatları kimi çox mürəkkəb cihazlar alırıq. İndiyədək minaları təmizləməkdə bizə yardımçı olan bir qrup türkiyəli mütəxəssisimiz var idi, lakin, əlbəttə, geniş beynəlxalq əməkdaşlığa ehtiyacımız olacaq”, - Prezident bildirib.


O vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu dəhşətli davranışına görə Ermənistanı tənbeh belə etməyib və indi biz yaxın keçmişdə döşənmiş minaları tapırıq: “Biz onlara 10 noyabr razılaşmasına uyğun olaraq tərk etməli olduqları ərazilərdən çıxmaları üçün 10 gündən 20 günə qədər vaxt vermişdik, ancaq onlar bu müddəti minalar basdırmaq, tikmədikləri, ancaq yaşadıqları evləri yandırmaq, ağacları kəsmək və digər ekoloji fəlakətlər üçün istifadə edirdilər”.

Geri qayıt