Əsas Səhifə > Cəmiyyət > İnsultu qabaqcadan müəyyən edə biləcək TEST....
İnsultu qabaqcadan müəyyən edə biləcək TEST....29-08-2019, 21:25 |
Son məlumatlara görə, il ərzində 100 min əhali arasında 200-300-ə yaxın insultla xəstələnmə halı baş verir. İnsult əhali arasında ən çox yayılan və ani ölümə səbəb olan təhlükəli problemlərdən biridir. Mütəxəssislər bildirir ki, insult keçirən xəstələrin 30 faizi ilk ay ərzində həyatını itirir, digər 30 faiz əlil olur, qalan xəstələr isə müalicə ilə əmək fəaliyyətini bərpa edə bilirlər. Amma insult əvvəlcədən özünü bir sıra əlamətlərlə büruzə verir. Həkimlər həmin əlamətlərə əsasən insultun qarşını almağın mümkün olduğunu vurğulayırlar. Respublika Müalicəvi Diaqnostika Mərkəzi insultdan dəqiq şübhələnməyə imkan verən test barədə məlumat açıqlayıb. Şəffaflıq.az E-tibb.az-a istinadən həmin testi təqdim edir: Xəstədən hər iki əlini yuxarı qaldırmağı xahiş edin. İnsult zamanı əllərdən birini yuxarı qaldırmaq mümkün olmur. Xəstədən gülümsəməyi xahiş edin. Gülümsəməyə cəhd etdikdə üzdə asimmetriya görünür və ağız bucağı əyilmiş olur. Sadə söz birləşməsini təkrar etməyi xahiş edin. İnsultlu xəstələrin əksəriyyətində danışıq funksiyası pozulur. Kimdəsə insultun olmasına şübhəniz yaransa, dərhal təcili tibbi yardım çağırın. Trombu əritmək üçün görüləcək tədbirlərə cəmi 3 saat vaxtınız var (yaranmış tromb baş beyin arteriyalarına qanın getməsinin qarşısını kəsir və bununla da beynin hər hansı bir şöbəsinin ölümünə səbəb olur). Geri qayıt |