Əsas Səhifə > Hadisə > Kürdəmirdə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Kürdəmirdə iki avtomobil toqquşdu: Xəsarət alanlar var


28-04-2022, 13:45

 

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaflıq.az xəbər verir ki, hadisə rayonun Garis Əyribənd kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 63 yaşlı Dilqəm Elbəyi oğlu Nadirov idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə hərəkətdə olan zaman rayonun Ərəbqubalı kənd sakini, 56 yaşlı Əvəz Cəlil oğlu Səmidovun idarə etdiyi VAZ-2106 avtomobillə toqquşub. Nəticədə VAZ-ın sürücüsü və sərnişinlər, 59 yaşlı Zərifə Cəlil qızı Əliyeva və 52 yaşlı Yeganə Güləkbər qızı Səmidova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili yardım avtomobilləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


 
Geri qayıt