Əsas Səhifə > Kriminal > Şirkət direktoruna dələduzluq edənə bəraət verildi
Şirkət direktoruna dələduzluq edənə bəraət verildi29-08-2019, 16:46 |
Yardımlı rayonunda dələduzluq etməkdə təqsirləndirilən Rasim Alışovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Şəffaflıq.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona bəraət verilib. Hökmdən narazı qalan zərərçəkmiş Aydın Ağayev apelyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsi şikayəti təmin etməyib. İttihama görə, Rasim Alışov 2016-cı ildə tanışı Yardımlı rayon sakini Aydın Ağayevin etibarından sui-istifadə edib. Belə ki, o, Aydın Ağayevin təsisçisi olduğu “İS AR Trade” MMC-nin aparıcı direktoru işləyərkən həmin şirkətin su və mürəbbə istehsalı üçün sexlər qurmaqdan ötrü avadanlıqlar alacağını vəd edərək, ondan 80180 manat pul alıb. Zərərçəkmişin şikayəti əsasında saxlanılan Rasim Alışov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.Teleqraf.com Geri qayıt |