Əsas Səhifə > Hadisə > Bakıda 10 yaşlı məktəblini avtomobil vurub

Bakıda 10 yaşlı məktəblini avtomobil vurub


21-04-2022, 23:51
Bakıda məktəbin qarşısında yeniyetməni avtomobil vurub.
Şəffaflıq.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.
159 nömrəli tam orta məktəbin qarşısında yolu keçən 2012-ci il təvəllüdlü Quliyev Ayxan Amil oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.

Geri qayıt