Əsas Səhifə > SAĞLAMLIQ > Əl və ayaqlarda bu qızartı trombun əlaməti ola bilər

Əl və ayaqlarda bu qızartı trombun əlaməti ola bilər


21-04-2022, 22:32
Ayaqlarda şişkinlik, qızarma, əl vurduqda toxunulan sahənin batıb qızarması trombozun əlaməti ola bilər.
Şəffaflıq.az bakupost-a istinadən xəbər verir ki, bu barədə britaniyalı həkim Cefri Barns məşhur Eat This dərgisinə müsahibəsində deyib.
Damar üzrə mütəxəssis əl və ayaqların qızarmasının ciddi simptom olduğunu təsdiq edib.
"Adətən tromb bir ayaqda yaranır, ilk baxışdan bu təkcə həmin hissənin şişkinliyi, qabarması, ümumulikdə ayağın, əlin ödemi, eləcə də dəridə qırmızı rəng, ləkələr görülür.
Eləcə də damarlarında tromb olan insannın döş qəfəsində ağrı, sıxınt, təngnəfəslik, spazm və qıcolmalar da ola bilər.
Bu əlamətlər 2 həftədən artıq davam edərsə damar həkiminə müraciət edin. Trombu vaxtında müalicə etmək mümkündür".

Geri qayıt