Əsas Səhifə > XARİCİ XƏBƏR > Ukrayna ordusu Maryinka şəhərini geri qaytarıb

Ukrayna ordusu Maryinka şəhərini geri qaytarıb


20-04-2022, 09:14
 Ukrayna hərbçiləri Donetsk vilayətində Maryinka şəhərinə nəzarəti bərpa ediblər.
Şəffaflıq.az-ın məlumatına görə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun itki verərək geri çəkildiyini bildirib.
Müharibənin 55-ci günündə Rusiya qoşunları Xerson vilayətinin inzibati sərhədlərinə çıxmağa cəhd edirlər. Onlar yaşayış məntəqələrini durmadan atəşə tuturlar.
O da bildirilir ki, Slobojan istiqamətində Xarkovun bir hissəsi tutulub, İzyum şəhərindən cənuba hücum cəhdləri edilir. Lakin Rusiya tərəfi uğur əldə edə bilməyib və itki verərək, əvvəldən tutduğu mövqelərinə qayıdıb.

Geri qayıt