Əsas Səhifə > Hadisə > Mingəçevirdə beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yanğın olub.

Mingəçevirdə beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yanğın olub.


28-08-2019, 08:52

 Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yanğın olub.
Şəffaflıq.az FHN-ə istinadən xəbər verir ki, nəticədə 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Geri qayıt