Əsas Səhifə > XARİCİ XƏBƏR > Rusiya Xarkovun mərkəzini raket atəşinə tutub: Ölənlər var

Rusiya Xarkovun mərkəzini raket atəşinə tutub: Ölənlər var


17-04-2022, 20:53

 

Rusiya hərbçiləri Xarkovun mərkəzi hissəsini atəşə tutublar.

Regional Hərbi Administrasiyanın Səhiyyə Departamentinin direktoru Maksim Xaustovun sözlərinə görə, hadisə nəticəsində 5 nəfər ölüb, 13 nəfərsə yaralanıb.

Raket zərbələri nəticəsində yaşayış və inzibati binalara ziyan dəyib, yanğınlar başlayıb.

Hazırda xilasedicilər atəşə tutulan ərazilərdə işləyirlər.


Şəffaflıq.az
Geri qayıt