Əsas Səhifə > SOSİAL MÜDAFİƏ / Cəmiyyət > Sağlamlıq imkanları məhdud uşağını təkbaşına böyüdən atalar 5 il pensiyaya tez çıxacaq

Sağlamlıq imkanları məhdud uşağını təkbaşına böyüdən atalar 5 il pensiyaya tez çıxacaq


17-04-2022, 00:09
 Sağlamlıq imkanları məhdud uşağını təkbaşına böyüdən atalar 5 il pensiyaya tez çıxacaq.
Şəffaflıq.az-ın xəbərinə görə, bu, "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklər layihəsində əksini tapıb.
Dəyişikliklə anası vəfat etdiyinə və ya anası ilə atasının nikahına xitam verildiyinə, yaxud anası valideynlik hüququndan məhrum edilmiş sağlamlıq imkanları məhdud uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara da 5 il erkən pensiya hüququ veriləcək.

Geri qayıt