Əsas Səhifə > SAĞLAMLIQ > Yaşı 22-dən az olanlar energetik içki içməməlidir
Yaşı 22-dən az olanlar energetik içki içməməlidir16-04-2022, 23:46 |
Səhiyyə Nazirliyi 22 yaşdan aşağı olanları enerji içkilərini qəbul etməməyə çağırıb. Şəffaflıq.az xəbər verir ki, nazirliyin məlumatında enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur: "Hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır". Məlumatda qeyd olunub ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır: "22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidilər. Enerjili içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır". Geri qayıt |