Əsas Səhifə > FUTBOL > İbrahima Vadji: "Daha çox qol vurmaq istəyərəm"
İbrahima Vadji: "Daha çox qol vurmaq istəyərəm"15-04-2022, 23:39 |
"Əla oyun oldu. Komanda yoldaşlarım çox yaxşı mübarizə apardı. Çoxlu qol vurduq. Buna görə sevinirəm". Şəffaflıq.az-ın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu İbrahima Vadji evdə "Şamaxı"ya 8:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXIII tur oyunundan sonra deyib. Seneqallı hücumçu komandasına kömək etmək üçün burada olduğunu bildirib: "Daha çox qol vurmaq istəyərəm. Ümid edirəm ki, məndə alınar". Geri qayıt |