Əsas Səhifə > Hadisə > DİN: Bakıda polisin guya qanunsuz hərəkətlərini ictimailəşdirən şəxsin kimliyi məlum olub

DİN: Bakıda polisin guya qanunsuz hərəkətlərini ictimailəşdirən şəxsin kimliyi məlum olub


14-04-2022, 23:28
 "Paytaxtın iri ticarət mərkəzlərindən birində polisin maska tələbi ilə bağlı qanuni müdaxiləsini inkar edərək, qoruyucu maska taxdığını iddia edən, polisi çəkməklə onun guya qanunsuz hərəkətlərini ictimailəşdirən şəxsin kimliyi müəyyən olunub".
Şəffaflıq.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
"Araşdırmalarla məlum olub ki, 1995-ci il təvəllüdlü Əşrəfli Əşrəfin iddiları tam əsassızdır. Araşdırmalar davam etdirilir", - DİN rəsmisi qeyd edib.


"Polisi görən kimi səbətdən içki götürüb içməyə başlayır. Görüntüləri araşdırdıq - bütün ticarət mərkəzi boyu maskasız hərəkət etməsi müşahidə olunub", - E.Hacıyev vurğulayıb.

Geri qayıt