Əsas Səhifə > İdman > Rafael Ağayevin "Karate Combat"dakı növbəti döyüşünün vaxtı açıqlanıb
Rafael Ağayevin "Karate Combat"dakı növbəti döyüşünün vaxtı açıqlanıb14-04-2022, 22:04 |
Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayevin peşəkarların mübarizə apardığı "Karate Combat"dakı növbəti döyüşünün vaxtı açıqlanıb.Şəffaflıq.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı titullu idmançı iyunun 11-də Macarıstan təmsilçisi Jolt Habda ilə qarşılaşacaq. Görüş ABŞ-ın Florida ştatının Orlando şəhərində baş tutacaq. Bu, turnirdə yeni mövsümün sayca 3-cü döyüşü olacaq. Qeyd edək ki, Rafael Ağayev ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edib. O, həmin vaxt Dominikan karateçisi Dionisio Qustavo ilə döyüşüb və qalib gəlib. Geri qayıt |