Əsas Səhifə > REGİON > İsmayıllı rayonunda əvvəlcədən təyin olunmuş qrafikə əsasən səyyar qəbullar davam etdirilir
İsmayıllı rayonunda əvvəlcədən təyin olunmuş qrafikə əsasən səyyar qəbullar davam etdirilir14-04-2022, 17:02 |
Rayon rəhbəri Nahid Bağırovun vətəndaşlarla növbəti səyyar görüşü İsmayıllı rayonunun Gəraybəyli kəndində keçirilib. Şəffaflıq.azxəbər verir ki, Səyyar görüşdə hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Görüşdə vətəndaşlar tərəfindən kənddə elektrik və içməli su təchizatının yaxşılaşdırılması, kəndarası yolların təmir edilməsi, kənddə iş yerlərinin açılması ilə bağlı xahiş və təkliflər səsləndirilib, həmçinin bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Geri qayıt |