Əsas Səhifə > REGİON > İsmayıllı rayonunda tütün əkininə son hazırlıq işləri görülür

İsmayıllı rayonunda tütün əkininə son hazırlıq işləri görülür


14-04-2022, 14:24
İsmayıllı rayonunda cari ildə 15 hektar sahədə tütün əkini nəzərdə tutulub və hazırda əkinə son hazırlıq işləri görülür.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, artıq 15 hektar sahədə dondurma şumu çıxarılıb. Vaxtında kifayət qədər toxum tədarük olunub və şitilxanalarda səpilib. Səpilmiş toxumlardan normal bitiş alınıb. Səpin zamanı “Berley” sortundan istifadə edilib. Hazırda tütün əkiləcək sahələrdə kultivasiya aparılır, mala çəkilir, hamarlama işləri görülür. Aprelin axırlarında əkinə başlanacaq. Əkin rayonun Diyallı, Topçu, Qurbanəfəndi, Qalınçaq ərazi dairələrində, suvarılan sahələrdə aparılacaq.
Qeyd edək ki, ötən il rayonda 15 hektar tütün sahəsindən 41,186 ton quru tütün təhvil verilmiş və bu işdə Qalınçaq kəndi fərqlənmişdi.

Geri qayıt