Əsas Səhifə > FUTBOL > Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.
Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.14-04-2022, 09:19 |
Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək. Şəffaflıq.az-ın məlumatına görə, bununla da yarımfinalın bütün iştirakçıları bəlli olacaq. Gecənin ilk matçında İngiltərə "Lester"i Niderlandda PSV-nin qonağı olacaq. Lesterdəki qarşılaşmada hesab açılmayıb. Niderlandın digər təmsilçisi "Feyenoord" isə Çexiyada Praqa "Slaviya"sı ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib. Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i Yunanıstanda PAOK-la üz-üzə gələcək. Marsel şəhərinin eyniadlı təmsilçisi ilk görüşdə 2:1 hesablı qələbə qazanıb. Turnirin favoritlərindən İtaliya "Roma"sı evdə Norveçin "Budyo Qlimt" klubunu sınağa çəkəcək. "Canavarlar" səfərdə rəqibinə uduzub - 1:2. UEFA Konfrans Liqası, 1/4 final Cavab oyunları 14 aprel 20:45. PSV (Niderland) - "Lester" (İngiltərə) İlk oyun - 0:0 23:00. "Slaviya" Praqa (Çexiya) - "Feyenoord" (Niderland) İlk oyun - 3:3 23:00. PAOK (Yunanıstan) - "Marsel" (Fransa) İlk oyun - 1:2 23:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç) İlk oyun - 1:2 Geri qayıt |