Əsas Səhifə > Hadisə / Maraqlı > Jirinovskinin ölümünə səbəb 8 dəfə vaksin vurdurmasıdır

Jirinovskinin ölümünə səbəb 8 dəfə vaksin vurdurmasıdır


11-04-2022, 22:38
 
Hiperaktiv vəziyyətdə olan immun sistemin təkrari stimulyasiyası yolverilməzdir.

Son günlər əsas müzakirə mövzularından biri müsəlman dünyasının qatı əleyhdarlarından olmuş Vladimir Jirinovskinin ölüm xəbərinə münasibətdir.
Rəsmi məlumatda deyilir: Ölümün səbəbi COVID-19-a yoluxma; təxirəsalınmaz kompleks müalicə tədbirləri və ən müasir antibakterial terapiya fonunda, xəstəliyin proqressiv inkişafı və xəstənin vəziyyətinin sürətlə pisləşməsinin nəticəsi olaraq, müalicəyə tabe olmayan poliorqan çatışmazlığıdır.

Bakupost.az xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Musa Qəniyev araşdırma aparıb.

O deyib ki, Jirinovski immun sistemini vaksinlə həddən artıq yükləyib.

"Jirinovski yanvar ayında, koronavirusa yoluxmamışdan az öncə, verdiyi son müsahibələrindən birində deyirdi:
“Mən COVID-19 əleyhinə 8 doza peyvənd almışam. Antitellərin miqdarını dövrü olaraq yoxlatdırıram.

Onların miqdarı azalmağa başlayan kimi, gedib vaksin vurdururam ki, antitellərin miqdarı artsın, xəstələnməyim.
Odur ki, bu günə kimi COVID-19-a tutulmamışam və tutulmayacağam”.
Lakin tutuldu, özü də letallığı sıfıra bərabər olan Omikrondan öldü.

Pandemiya dövründə koronavirusdan ölümün əsas səbəbi kimi, ikincili infeksiya göstərilirdi.

Bu halda isə, rəsmi məlumatda ölümə səbəb poliorqan çatışmazlığı qeyd olunur. İkincili infeksiya ocağı isə, aşkar olunmayıb.
Əslində bu ölümün səbəbi yox, səbəbin nəticəsidir. Ölümün səbəbi isə hiperaktiv vəziyyətdə olan immun sistemin təkrari stimulyasiyasıdır.


Ölümə səbəb olan bu klinik durumun molekulyar mexanizmi və qarşısının alınması yolları haqqında hələ 2 il əvvəl, 25.06.2020-ci ildə Çində peyvəndləməyə ilk dəfə start veriləndən sonra dəfələrlə yazmışam.

Buyurun bir də oxuyun:

“DNT və ya RNT əsaslı virus infeksiyasına qarşı peyvəndin ilk dozasını alan və ya bu infeksiyaya ilk dəfə yoluxan şəxslərdə virusun genetik surət əksi hüceyrə yaddaşına əbədi həkk olunur.


Odur ki, birinci yoluxma və ya peyvəndin ilk dozası fonunda qoruyucu antitellərin hiperaktivlik halı, 21 gündən sonra müşahidə edilirsə, təkrari yoluxma və ya peyvəndin II dozasının fonunda qoruyucu antitellərin titri 3 gündən sonra maksimal səviyyəyə yüksəlir.
Yəni təkrari yoluxma baş verdikdə, hüceyrə yaddaşı ani olaraq aktivləşir və qoruyucu antitellərin sintezi təmin olunur.
İmmun hiperaktivlik halında “psevdofaktor”la törədilən təkrari oyanmanın əks effektə-tükənməyə səbəb olması, neyro-humoral və immun sistemə münasibətdə, mütləq qanunauyğunluqdur.


Odur ki, koronavirusu xüsusən ağır keçirmiş şəxslərə, eləcə də peyvəndin ilk dozasını almış şəxslərə təkrari dozaların vurulması qoruyucu antitellərin titri neqativ göstəriciyə düşənə qədər, mütləq əks-göstərişdir. Çünki, aktiv immun fəallığın təkrari stimulyasiyası, limfositlərin 50:50 faiz nibətində mütləq fəallığı ilə müşahidə olunan, immun hiperaktivliyə səbəb ola bilər.


Bu da farmakoloji müdaxiləyə tabe olmayan və letal sonluğa səbəb ola biləcək toxuma, orqan və sistemlərin tükənməsi, yəni POLİORQAN (ağ ciyər, böyrək və s.) ÇATIŞMAZLIĞI törədə bilər. Odur ki, bu işə məsul olan şəxslər, xalqa bu incəlikləri izah etməli və onları maarifləndirməlidirlər. Yəni Covid 19-la mübarizənin strategiya və taktikası ilk gündən düzgün qurulmalı idi. COVID-19-la bağlı əksər ağırlaşma və ölümün səbəblərindən biri budur”.

Unutmaq olmaz ki, epidemik və ya pandemik xarakterli viral infeksiyalar həmişə gözlənilən qonaqdır.

Odur ki, müvafiq qurumlar pandemiya dövründə koviddən ağırlaşma və ölüm hallarının səbəbini çox ciddi şəkildə araşdırmalıdırlar ki, gələcəkdə qaçılmaz olan viral infeksiyaların istər müalicəsi, istərsə də peyvəndləmə ilə bağlı aparılacaq profilaktik tədbirlərinin düzgün strategiya və taktikası işlənib hazırlansın".


Aygün Musayeva
BakuPost

Geri qayıt