Əsas Səhifə > Gündəm > “Azəriqaz” “Başdan ayağa” aksiyasına start verdi

“Azəriqaz” “Başdan ayağa” aksiyasına start verdi


10-04-2022, 09:55

 

SOCAR “Azəriqaz” İB “Başdan ayağa” adlı yeni aksiyaya start verib.

Qurumdan verilən məlumata görə, Baş direktorun müavinləri təşəbbüs göstərərək, Birliyin qəza xidmətinin əməkdaşlarına dəstək olublar.

Hər gün müxtəlif təyinatlı müraciətlərə operativ reaksiya verən qəza xidmətinin əməkdaşlarının yükünün müəyyən hissəsini öz üzərinə götürən Baş direktorun müavinləri Hövsan qəsəbəsində avtomobil qəzası nəticəsində baş verən hadisənin nəticələrini aradan qaldırıblar. Qısa müddətdə abonentlərə qazın verilişi təmin olunub. Müavinlər əməli işləri ilə bəyan ediblər ki, hər bir məmur xalqın xidmətçisidir. Bu aksiya abonentlər tərəfindən də təqdir olunub.


Şəffaflıq.az 
Geri qayıt