Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Daha bir bölgədə sayğacların dəyişdirilməsinə başlanılıb
Daha bir bölgədə sayğacların dəyişdirilməsinə başlanılıb26-08-2019, 20:52 |
Şəffaflıq.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin Gəncə və Ağsu Regional qaz istismar İdarələri (RQİİ) ilə yanaşı, Salyan Regional qaz istismar İdarəsinə daxil olan rayon və kəndlərdə də qaz sayğaclarının kütləvi olaraq yeniləri ilə əvəz olunmasına başlanılıb. Beləliklə, istehlakçıların ünvanlarında uzun müddət istismarda olan və istismar müddəti başa çatmış Gəncə RQİİ üzrə 62 785, Ağsu RQİİ üzrə 52 413, Salyan RQİİ üzrə isə 51 443 ədəd məişət təyinatlı mexaniki və köhnə nəsil smart-kart tipli qaz sayğacları dəyişdiriləcək. Qaz sayğaclarının kütləvi olaraq əvəz edilməsi işləri ilə əlaqədar ötən həftə Gəncə RQİİ-yə 1895 ədəd, Ağsu RQİİ-yə 960 ədəd və Salyan RQİİ-yə isə 1586 ədəd yeni nəsil “İtron Gallus” Pay G-4 NGPP markalı qaz sayğacları göndərilib. Geri qayıt |