Əsas Səhifə > XARİCİ XƏBƏR > Macarıstan Ukaynaya silah göndərməkdən imtina edib

Macarıstan Ukaynaya silah göndərməkdən imtina edib


7-04-2022, 11:15

 

Macarıstanın Baş naziri Viktor Orban, Avropa İttifaqının onları qanunlara əməl etməməkdə ittiham etməsinə və Aİ-nin Macarıstanı Avropa maliyyəsindən məhrum etməklə bağlı xəbərdarlığına baxmayaraq, Budapeştin Kiyevə silah tədarük etməyəcəyini bildirib.

Biz Ukraynaya silah verməyəcəyik, üstəlik enerji sektorunda Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasına da qoşulmayacağıq”, - deyə Macarıstanın Baş naziri vurğulayıb.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı Macarıstanı qanunun aliliyinə əməl etmədiyi üçün Avropa maliyyəsindən məhrum edə biləcək prosedura başlayıb. Artıq bununla əlaqədar müvafiq bildiriş Macarıstan hakimiyyətinə də göndərilib.


Şəffaflıq.az
Geri qayıt