Əsas Səhifə > Dünya / Maraqlı > Qvatemalada gölün dibində qədim Mayya şəhəri aşkar edilib
Qvatemalada gölün dibində qədim Mayya şəhəri aşkar edilib7-04-2022, 11:10 |
Alimlər Qvatemalanın ən böyük gölü olan Atitlanın dibində qədim Mayya şəhəri aşkar ediblər. Mütəxəssislərin fikrincə, şəhər təxminən eramızdan əvvəl V əsrdə gölün akvatoriyasında yerləşən adada salına bilərdi. Ehtimal olunur ki, vaxt keçdikcə şəhər tektonik aktivliyin təsiri altında suyun dibinə gömülüb. Tədqiqatçılar 12-20 m dərinlikdə mərasim mərkəzlərinin, evlərin, stelaların və digər tikililərin qalıqlarını aşkar ediblər. Bu yöndə işlərin aparılmasında Argentina, Belçika, Qvatemala, İspaniya, Meksika və Fransadan sualtı tədqiqatlarla məşğul olan arxeoloqlar iştirak ediblər. Şəffaflıq.az Geri qayıt |