Əsas Səhifə > Hadisə > Bakıda gecə klubundakı partlayışda xəsarət alanlardan biri vəfat edib

Bakıda gecə klubundakı partlayışda xəsarət alanlardan biri vəfat edib


6-04-2022, 20:52
Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan bir nəfər 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva dünyasını dəyişib.
TƏBİB-dən "Report"a verilən məlumata görə, o, 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri idi.
Sözügedən hadisədə ümumilikdə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 2 nəfər vəfat edib.
Hazırda tibb müəssisələrində ümumilikdə 12 nəfər müalicə alır. Onlardan 9-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.
Xatırladaq ki, TƏBİB-in tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər özəl xəstəxanalardan birinə köçürülüb.
Qeyd edək ki, xəsarət alan şəxslərdən hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 4 nəfərdən 1-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Ümumilikdə stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib.

Şəffaflıq.az
Geri qayıt