Əsas Səhifə > XARİCİ XƏBƏR > Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb
Əli Əsədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb6-04-2022, 20:50 |
![]() Şəffaflıq.az qurulmasının 30 illiyinin tamam olduğu vurğulanaraq ötən müddət ərzində müxtəlif istiqamətlərdə birgə layihələrin uğurla həyata keçirildiyi bildirilib. Azərbaycanda aparılan iqtisadi, struktur və institusional islahatlar, həmçinin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması məqsədilə görülən tədbirlər barədə danışılıb. Dünya Bankının bu istiqamətlərdə Azərbaycana dəstəyi yüksək qiymətləndirilib. Görüşdə Azərbaycanın inkişaf prioritetləri, Dünya Bankının “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanmasına dəstəyi, Bankın ölkəmizdəki layihə portfeli və işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı, həmçinin müxtəlif sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər geniş müzakirə olunub. Geri qayıt |