Əsas Səhifə > ELM VƏ TƏHSİL > Təhsil Nazirliyi həftəlik brifinqlər keçirəcək
Təhsil Nazirliyi həftəlik brifinqlər keçirəcək5-04-2022, 23:54 |
Təhsil Nazirliyi "Təhsil masası" adlı həftəlik brifinqlər təşkil edəcək. Nazirlikdən bildirilib ki, məqsəd mediadan ünvanlanan sualların operativ cavablandırılması, həftə ərzində daha çox müraciət edilən məsələlərə aydınlıq gətirilməsidir. İlk həftəlik brifinq 6 aprel saat 10:00-da nazirliyin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq. "Təhsil masası"nın budəfəki mövzusu 2022-2023-cü tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı" ilə bağlıdır. Geri qayıt |