Əsas Səhifə > Hadisə > Oğuzdakı yanğının söndürülməsi istiqamətində tədbirlər görülür

Oğuzdakı yanğının söndürülməsi istiqamətində tədbirlər görülür


4-04-2022, 19:42
 Oğuz rayonu, Mollalı kəndində başlayan yanğın güclü külək səbəbindən kəndlə sərhəd ərazidə yerləşən meşə fondu torpağına keçib.
Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat katibi İradə İbrahimova bildirib.
 
O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.

Şəffaflıq.az
Geri qayıt