Əsas Səhifə > Gündəm > Jurnalisti döyən şəxs saxlanıldı – Paytaxt polisi açıqlama yaydı
Jurnalisti döyən şəxs saxlanıldı – Paytaxt polisi açıqlama yaydı26-08-2019, 20:27 |
Jurnalist Zülfüqar Xeyirxəbərova təzyiq göstərməklə bədən xəsarəti yetirən, taksi kimi fəaliyyət göstərən 99-AD-149 dövlət nömrə “Daewoo” markalı avtomobilin sürücüsü 1993-cü il Seymur Mustafazadə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb. O bildirib ki, hadisənin təfərrüatları ilə bağlı təhqiqat araşdırmaları başlayıb, bədən xəsarəti ilə bağlı ekspertiza təyin olunub, tərəflərin izahatı alınıb: “Faktla bağlı aparılan araşdırmalar zamanı sürücü tanımadığı şəxslə aralarında yaranan mübahisə ilə bağlı bildirib ki, Binə qəsəbəsi, Atçılıq yolunda baş verən insidentə onun nalayiq sözlərlə təhqir olunması səbəb olub, o da bundan əsəbləşərək qarşı tərəfə əl zərbəsi ilə xəsarət yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir, toplanan materiallar əsasında ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcək”. Geri qayıt |