Əsas Səhifə > Mədəniyyət > Düsen Kaseinov: "Şuşanı dünyaya tanıtmaq istəyirik"
Düsen Kaseinov: "Şuşanı dünyaya tanıtmaq istəyirik"31-03-2022, 16:10 |
"Azərbaycana dahi sənətkarlar, mədəniyyət xadimləri bəxş etmiş Şuşa şəhərini dirçəltmək, buraya yeni nəfəs gətirmək çox zəruridir". Bunu “Report”a açıqlamasında TÜRKSOY Baş katibi Düsen Kaseinov bildirib. “Şuşanı dirçəltmək istəyirik. Azərbaycana o qədər dahi sənətkar bəxş etmiş şəhəri dünyaya tanıtmaq istəyirik. Bu mübarək yurda yeni nəfəs gətirməliyik. Biz təşkilat olaraq bunun üçün əlimizdən gələni edəcəyik” – deyə qurum rəhbəri vurğulayıb. Xatırladaq ki, TÜRKSOY Daimi Şurasının bu gün Bursa şəhərində keçirilən növbədənkənar iclasında Türk Dünyası Mədəniyyət Paytaxtının 2023-cü ildə Şuşa şəhəri olacağı barədə qərar verilib. Geri qayıt |