Əsas Səhifə > Cəmiyyət > Günün qoroskopu: Dostlarla vaxt keçirəcək, ailəvi tədbirdə deyib-güləcəksiniz.

Günün qoroskopu: Dostlarla vaxt keçirəcək, ailəvi tədbirdə deyib-güləcəksiniz.


31-03-2022, 00:06
 
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - tələsik, düşünülməmiş qərarlar qəbul etməyin. Günün ilk yarısında hadisələr sürətlə inkişaf edəcək. Fikirləşmək, düşünüb-daşınmaq üçün vaxt azdır. Lakin saatlar keçdikcə belə taktikadan imtina edin, çünki mütləq şəkildə səhvlərə və yanlışlıqlara yol verəcəksiniz.
 
Günün ikinci yarısını nisbətən sakit keçirin, usandırıcı və yorucu olmayan işlərlə məşğul olun. Qüvvələrinizi bərpa etmək gərəkdir. Xoşagəlməz insanlarla görüşləri ertələyin. Bu gün hisslərinizi gizlətmək asan deyil.
 
Buğa - sənədlərlə iş, maliyyə hesabatlarının hazırlanması və yoxlanması, yaxın gələcəklə bağlı planların müzakirəsi üçün əlverişli zamandır. Nüfuzlu insanla görüşlər pis alınmayacaq. Sponsor, tərəfdaş, sərmayədar və ya hami tapa bilərsiniz. Biznes və ya kommersiya ilə məşğul olursunuzsa, işinizi genişləndirə bilərsiniz.
Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə fikir ayrılıqlarının, münaqişələrin yaranmasına imkan verməyin. Ən yaxın bildiyiniz insanlara mövqeyinizi dəqiq formada çatdırın. Yaşlı qohumlarınızdan biri sizi sərt tənqid edəcək. Tənqidə aqressiv reaksiya verməyin, inciməyin.
Əkizlər - günün ilk yarısında xoşagəlməz, usandırıcı və ya darıxdırıcı işlərlə məşğul olmaq məcburiyyəti yaranacaq. Həmin işləri təxirə salmaq mənasız və məntiqsizdir. Çünki o işləri sizin əvəzinizə kimsə görməyəcək. İşlərin öhdəsindən nə qədər tez gəlsəniz, o qədər yaxşıdır. Maliyyə və pul məsələlərində müvəqqəti çətinliklər yarana bilər. Alış-verişdə nədənsə imtina etməli olacaqsınız.
Günün ikinci yarısında planlaşdırılmamış səfər ola bilər. Axşam saatlarını ailə üzvləri ilə keçirin. Romantik təmaslar üçün əlverişli gün deyil. Sevdiyiniz insanla münasibətlərdə problemlər yarana bilər.
Xərçəng - anlaşmalar və sövdələşmələr üçün uğurlu, düşərli zamandır. Böyük həcmdə işi başa vuraraq qarşınıza qoyduğunuz məqsədə çata bilərsiniz. Rəqibləri üstələyin, işdə rəhbərliklə münasibətləri normallaşdırın. Bütün bunların asanlıqla başa gələcəyini düşünməyin.
Yeni əməkdaşlıq, tərəfdaşlıq, köç və ya işgüzar təklifin alınması istisna deyil.
Günün ikinci yarısında alış-veriş etmək olar. Axşam saatlarını evdə, ailədə keçirin. İnsanların gur olduğu tədbirlər sizi usandıracaq.
Əsəblərinizə hakim olun.
 
Şir - müsbət təmayüllərin təsiri artır. Gün uğurludur. Adi və rutin işlərlə məşğul olmaqla yanaşı, tam yeni işə, layihəyə başlaya bilərsiniz. Xarici görkəminizə fikir verin. İmiclə eksperimentlər aparın, enerjinizi yaradıcı məcraya yönəldin.
Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. Xəstələnməmək, ağrı hiss etməmək üçün zəruri tədbirlərə vaxtında əl atın.
Axşam saatlarını normal istirahətə həsr edin.
Qız - işlər çoxdur və onların tam əksəriyyəti təxirəsalınmaz, təcili həll tələb edir. İstirahət və əyləncəni ertələyin, işlərə aktiv başlayın. Peşəkar fəaliyyət müstəvisində yeni tapşırıqlar və problemlər peyda ola bilər. İşdə rəhbərlik qarşınızda yeni tələblər qoyacaq. Yaxın ətrafınızdakı insanlar sizə yardım üçün tələsmirlər. Bütün bunlar sizi qıcıqlandıracaq.
Günün ikinci yarısında neqativ emosiyaların təsiri altına düşməyin. Belə olarsa, işlə yanaşı, evdə də münaqişələr və problemlərin qarşısını ala bilərsiniz.
Sevdiyiniz insan sizi xoş sürprizlə sevindirəcək.
Tərəzi - günün ilk yarısında alacağınız xəbər sizi həyəcanlandıracaq. Yeni məlumat planlarda dəyişikliklər tələb edir. Situasiyanı sürətlə və tez təhlil edin. Durumu tam anlamaq üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirin. Belədə günün yerdə qalan hissəsi normal keçəcək. Birgə layihələrlə bağlı işlərə başlamaq olar. Yardım və dəstək vəd edən insanlar sözlərinə əməl edəcəklər.
Romantik münasibətlər üçün əlverişli zamandır. Sevdiyiniz insanla münasibətlərdə çətinliklər olmayacaq.
Axşam saatlarında maraqlı görüş ola bilər.
Əqrəb - yaradıcılıq fəaliyyəti üçün əlverişli zamandır. Hətta ən adi və rutin işlərə belə yenilik gətirmək, orijinal həll yolları tapmaq mümkündür. İşlə bağlı maraqlı ideyalar yarana bilər. Onları yetərli səviyyədə reallaşdırmaq çətin deyil.
Ambisiyalarınızın bir qismini təmin etmək üçün karyera müstəvisində irəliləyin. Həmkarlarla münasibətlərin korlanmaması üçün maksimum səy göstərin.
Günün ikinci yarısında ailədə kiçik anlaşılmazlıqlar, sevdiyiniz insanla fikir ayrılıqları ola bilər. Mühüm qərarlar qəbul etməyin. Çünki məntiqlə yox, emosiyaların təsiri altında hərəkət edirsiniz.
Oxatan - adi günlərdən fərqli olaraq bu gün işlərin əksəriyyəti sanki düyünə düşüb. Əsla tanımadığınız insanlar sizə problemlər yaratmağa başlayırlar. Uğursuz alış-veriş, maliyyə itkiləri istisna deyil. Bu gün başlayacağınız işləri mütləq şəkildə başa vurun. Tam uğura nail olun.
Qətiyyətli və iradəli davransanız, bunu görəcəklər. Məhz belə davranış sizə maraqlı insanların rəğbətini qazanmağa yardım edəcək.
Günün ikinci yarısında şəxsi münasibətlərdə müsbət təmayüllərin təsiri artır. Yaxınlarınızla tez dil tapırsınız. Sevdiyiniz insanla mübahisə etməyin.
Axşam saatları romantik görüşlər üçün münasibdir.
Oğlaq - bu gün maraqlı işlər görəcək, mühüm məsələləri həll edəcəksiniz. Peşəkar fəaliyyət müstəvisində ciddi irəliləyişlərə nail ola bilərsiniz. Rəqibləri üstələmək üçün bir qədər fəndgirlik və hiyləgərlik edin. Uzunmüddətli əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. Belə tərəfdaşlıq çox sərfəli olacaq.
Günün ikinci yarısında emosional fon stabil deyil. Əhvalınız ən xırda məsələyə görə pozula bilər. Nikbin olun, bədbinliyə qapılmayın. Səhhətinizə fikir verin. Qida zəhərlənməsi riski oldğundan yeməyinizə fikir verin.
Dolça - işdə problemlər, həmkarlar və rəhbərliklə münasibətlərdə problemlər yarana bilər. Sizə yetərincə dəyər verilmədiyini, əməyinizin qiymətləndirilməyəcəyini düşünə bilərsiniz. İş yerinin dəyişdirilməsi barədə qəti qərar verməyə tələsməyin.
Günün ikinci yarısı sizi yaxşı xəbərlər və cazibədar təkliflərlə sevindirəcək. Məhz bu zaman qərar vermək olar.
Yaşam potensialının səviyyəsi yüksək olduğundan səhhətinizdə problemlər yaranmayacaq. Sükan arxasında çox vaxt keçirməyin.
Axşam saatlarında özünüzü çox yormayın.
Balıqlar - ciddi və genişmiqyaslı işlərə başlamaq üçün əlverişli zamandır. İlk uğurlara tezliklə nail olacaqsınız. İşgüzar danışıqlar pis keçməyəcək. Mühüm sənədlər imzalamaq, anlaşma və sövdələşmələrə nail olmaq üçün yaxşı gündür.
Yeni bilik və bacarıqların əldə olunmasında irəliləyişlərə nail olun.
Günün ikinci yarısı xoş görüşlərlə sevindirəcək. Dostlarla vaxt keçirəcək, ailəvi tədbirdə deyib-güləcəksiniz. Sevdiyiniz insana qısqanclıq üçün səbəb verməyin. Belə anlaşılmazlıq yaranarsa, münasibətlərinizi uzun müddətə korlaya bilər.
Axşam saatlarında normal geyinin. Soyuqdəymə və zökəm riski var.
Milli.Az
Geri qayıt