Əsas Səhifə > SƏHİYYƏ / ELM VƏ TƏHSİL > Xaricdə yaşayan azərbaycanlı həkim tibb elminə yenilik gətirir
Xaricdə yaşayan azərbaycanlı həkim tibb elminə yenilik gətirir30-03-2022, 13:15 |
Füzuli rayonunun Gecəgözlü kəndindən 12 yaşında məcburi köçkün olan Cavid Fətullayev Almaniyada tibb təhsili aldıqdan sonra bu ölkədə işləməyə qərar verib və kardiocərrah kimi tanınmağa başlayıb. Azərbaycanlı həkim Almaniyada süni ürək cihazı düzəldərək tibb elminə, ürək cərrahiyyəsi sahəsinə yenilik gətirib. O, elmi yenilik barədə ilk dəfə bu yaxınlarda baş tutan Almaniyada Azərbaycanlı Həkimlərin I Forumunda məlumat verib. “Vətən uzaqda deyil” proqramının çəkiliş qrupu həmyerlimizlə Almaniyanın Bad Nauheim şəhərində görüşüb və verilişin bir buraxılışı onun fəaliyyətinə həsr olunub. Şəffaflıq.az Geri qayıt |