Əsas Səhifə > REGİON / Cəmiyyət > İsmayıllıda növbəti səyyar görüş Topçu kəndində keçirilib.-FOTO
İsmayıllıda növbəti səyyar görüş Topçu kəndində keçirilib.-FOTO29-03-2022, 20:58 |
Səyyar görüşdə hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər. Şəffaflıq.az xəbər verir ki, İsmayıllı rayonunda pandemiya qaydalarına uyğun olaraq təşkil olunan görüşdə sakinlər müraciətlərini dilə gətirib, onları narahat edən məsələləri diqqətə çatdırıblar. Müraciətlər arasında kənddə yeni salınmış məhəllələrə qaz xəttinin çəkilməsi, kənddə yeni iş yerlərinin açılması, enerji təchizatının yaxşılaşdırılması, kəndin əsas yolunun asfaltlanması və sair məsələlər üstünlük təşkil edib. Görüşdə iştirak edən sakinlər onları narahat edən şəxsi problemlərini də dilə gətiriblər. Səsləndirilən problemlərin bir çoxu yerindəcə öz həllini tapıb, bəzilərinin isə araşdırılaraq qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib. Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər bundan sonra da mütəmadi olaraq keçiriləcək. Geri qayıt |