Əsas Səhifə > REGİON > Kreml Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına reaksiya verib
Kreml Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına reaksiya verib29-03-2022, 14:45 |
Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına münasibət bildirib. Şəffaflıq.az xəbər verir ki, o keçirdiyi mətbuat konfransında bununla bağlı sualı cavablandırıb. "Bu, şəxsi emosiyalarla əlaqədardır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırardıq, xüsusən də bizim tərəfdaşlarımıza münasibətdə. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”, - D.Peskov deyib. Geri qayıt |