Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Sahil Babayev 20-dən çox qurumu ləğv etdi
Sahil Babayev 20-dən çox qurumu ləğv etdi25-03-2022, 13:23 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi edilib. Şəffaflıq.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə 22 regional Ərazi Məşğulluq filialı ləğv edilib və 14 yeni regional filial yaradılıb. Məqsəd yeni iqtisadi zonalara uyğun olaraq idarəetmənin optimallaşdırılmasıdır. Həmin qurumları təqdim edirik: Bakı regional Ərazi Məşğulluq filialı Abşeron–Xızı regional Ərazi Məşğulluq filialı Dağlıq Şirvan regional Ərazi Məşğulluq filialı Gəncə–Daşkəsən regional Ərazi Məşğulluq filialı Qarabağ regional Ərazi Məşğulluq filialı Qazax–Tovuz regional Ərazi Məşğulluq filialı Quba–Xaçmaz regional Ərazi Məşğulluq filialı Lənkəran–Astara regional Ərazi Məşğulluq filialı Mərkəzi Aran regional Ərazi Məşğulluq filialı Mil–Muğan regional Ərazi Məşğulluq filialı Şəki–Zaqatala regional Ərazi Məşğulluq filialı Şərqi Zəngəzur regional Ərazi Məşğulluq filialı Şirvan–Salyan regional Ərazi Məşğulluq filialı Naxçıvan regional Ərazi Məşğulluq filialı Geri qayıt |