Əsas Səhifə > İdman > Azərbaycan konkisürəni növbəti mərhələyə yüksəlib
Azərbaycan konkisürəni növbəti mərhələyə yüksəlib23-03-2022, 19:38 |
![]() Şəffaflıq.az xəbər verir ki, buz üstünə çıxan təmsilçimiz 65.50 xal toplayaraq 9-cu yerdə qərar tutub.Topladığı xalların nəticəsinə uyğun olaraq təmsilçimiz növbəti mərhələyə yüksəlib. Yekaterinanın yarışda növbəti çıxışı sərbəst proqram üzrə martın 25-də olacaq. Martın 21-də start götürən Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatında Azərbaycan 4 idmançı- Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy ilə təmsil olunur. Vladimir Litvintsev martın 24 -də qısa proqramda, 26-da sərbəst proqramda çıxış edəcək. Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy isə martın 25 və 26-da qısa və sərbəst proqram üzrə çıxış edəcəklər. Qeyd edək ki, Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatı martın 27-ə kimi davam edəcək. Geri qayıt |