Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb
Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb23-03-2022, 19:07 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 791 583 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 303 nəfər müalicə olunaraq sağalıb, 9 670 nəfər vəfat edib. 610 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 695, bu günə qədər isə ümumilikdə 6 673 982 test icra olunub. Geri qayıt |