Əsas Səhifə > Dünya > Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak etdilər

Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak etdilər


23-03-2022, 11:31

 

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, paradda fəxri qonaq qismində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib.

Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.


Şəffaflıq.az
Geri qayıt