Əsas Səhifə > XARİCİ XƏBƏR > Mixail Podolyak: “Biz NATO-nun üzvü deyilik, amma Avropada müharibə gedir.

Mixail Podolyak: “Biz NATO-nun üzvü deyilik, amma Avropada müharibə gedir.


22-03-2022, 11:34
“NATO Ukraynanın hava məkanını bağlamır, kənarda dayanır. Nəticədə 10 milyon insan qaçmağa yer axtarır. 3 milyon insan artıq xaricə gedib. Bu, Avropada humanitar fəlakətdir”.
Şəffaflıq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak BBC-yə müsahibəsində deyib.
“Biz NATO-nun üzvü deyilik, amma Avropada müharibə gedir. Rusların nə deməsindən asılı olmayaraq, onları biz təhrik etməmişik. Bu gün milyonlarla insan evlərini tərk edir. Bu, başa düşüləndir. Çünki şəhərlərimizə raket atılır. Biz isə NATO-ya deyirik: gəlin, səmanı bağlayaq. Bu, dinc əhaliyə qarşı soyqırımın qarşısının alınması üçün vacindir. Biz NATO-nun proseslərə müdaxilə etməsini istəmirik. Amma Alyans Avropanın təhlükəsizliyi baxımından humanitar problemlərin həllinə kömək etməlidir”, - o bildirib.
M.Podolyakın fikrincə, NATO Rusiyanın aqressivliyinin qarşısını almaqdan ötrü daha intensiv addımlar atmalıdır.

Geri qayıt