Əsas Səhifə > Maraqlı > Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar23-08-2019, 22:50 |
Otel biznesi üzrə ekspertlər turizm mərkəzlərində müsafirlərin otel əməkdaşlarının xoşuna gəlməyən davranışları ilə bağlı 11 səhvi göstəriblər. Şəffaflıq.az AZƏRTAC-a istinadən xəbər verir ki, 12 il mehmanxana biznesi sahəsində fəaliyyət göstərən ekspert Pedro Riçardson bu səhvlərin ən birincisinin oteldə xalatla gəzmək olduğunu bildirib. Onun sözlərinə görə, turistlər bu geyimdən yalnız öz otağında, SPA proseduralarında və hovuza gedərkən istifadə edə bilərlər. Digər hallarda xalat geyinmək uyğun deyil. Turistlərin davranışında ikinci xoşagəlməz hal birbaşa otelə gələrək nömrə tələb edilməsidir. Otel sahibləri qeyd edirlər ki, onların ən azı bir gün əvvəl otaq sifariş etmələri daha məqsədəuyğundur. Belə olan halda otağın təmizlənməsi üçün foyedə gözləmək lazım gəlir. Otel əməkdaşlarını narahat edən digər amil resepsionda yersiz olaraq stolüstü zəngə basılmasıdır. Onların sözlərinə görə, bu, personalı narahat edir və pis davranış göstəricisidir. Bundan başqa, turistlərə qeydiyyat zonasında izdiham yaratmaq məsləhət görülmür. Onların öz növbəsini foyedəki kreslolarda gözləməsi daha məqsədəuyğundur. Otel sahibləri adi nəzakət qaydalarını da xatırladırlar. Onlar ailəli müsafirlərə məsləhət görürlər ki, başqa qonaqları narahat etməmək üçün uşaqların səs-küy salmasına imkan verməsinlər. Yaşlı turistlərə isə ucadan danışmamaq və öz aralarında, yaxud telefonda söhbət edərkən təhqiramiz sözlərdən istifadə etməmək tövsiyə edilir. Bundan başqa, hovuzların kənarında çoxlu miqdarda spirtli içkilər qəbul etmək də məsləhət görülmür. Nəhayət, otel əməkdaşları qeyd edirlər ki, turistlər su və işıq üçün pul ödəmədikləri üçün otaqdan çıxdıqları vaxt işığı və televizoru söndürmürlər. Müntəzəm olaraq təmizlik işləri aparılan otel otaqlarını həddindən çox zibilləmək də lazım deyil. Bu, təmizlik işlərinin müddətini daha da uzadır. Sonda turistlərə otelə giriş zamanı bu müəssisənin davranış qaydalarını diqqətlə oxumaq məsləhət görülür. Şəffaflıq.az Geri qayıt |