Əsas Səhifə > ELM VƏ TƏHSİL > İnzibatı icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 677 nəfər qeydiyyatdan keçib

İnzibatı icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 677 nəfər qeydiyyatdan keçib


21-03-2022, 16:06

İnzibatı icraçı vəzifələr üzrə test imtahanı vermək üçün 677 nəfər qeydiyyatdan keçib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə aprelin 10-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Şəffaflıq.az xəbər verir ki, DİM-dən bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat martın 31-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 13:30-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 677 namizəd qeydiyyatdan keçib.

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.


Geri qayıt