Əsas Səhifə > Hadisə > Bakıda avtomobili yandırmaqda şübhəli bilinən qardaşlar saxlanılıb

Bakıda avtomobili yandırmaqda şübhəli bilinən qardaşlar saxlanılıb


21-03-2022, 12:36
Bakıda avtomobili yandırmaqda şübhəli bilinən qardaşlar saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə martın 19-da rayon ərazisində Lənkəran rayon sakini Ş.Hüseynzadəyə məxsus “Ford Transit” markalı avtomobilin mühərrik və yük yerinin naməlum səbəbdən yanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini yandırmaqda şübhəli bilinən Şəki rayon sakinləri - R.Süleymanov və qardaşı R.Süleymanov müəyyən edilərək saxlanılıblar.

Şəffaflıq.az
Geri qayıt