Əsas Səhifə > Gündəm > Türkiyədə müalicə alan qazilərimiz üçün Novruz bayramı şənliyi təşkil olunub

Türkiyədə müalicə alan qazilərimiz üçün Novruz bayramı şənliyi təşkil olunub


20-03-2022, 16:13

 

Azərbaycanın Türkiyədəki səfirliyi nəzdində hərbi attaşelik aparatı tərəfindən Novruz bayramı münasibətilə qardaş ölkədə müalicə alan və reabilitasiya prosesi keçən qazilərimiz üçün Bursa şəhərində təntənəli bayram mərasimi təşkil edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bayram şənliyində Kocaeli və Bursa şəhərlərində bərpa və müalicə prosesi keçən qazilərimiz, eləcə də onların ailə üzvləri, qazilərimizi müalicə edən həkimlər və digər tibb işçiləri, Bursada təhsil alan tələbələrimiz, habelə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, İstanbuldakı baş konsulumuz Nərminə Mustafayeva, Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov və yerli hakimiyyət orqanlarının təmsilçiləri iştirak ediblər.

Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan mərasimdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbirdə çıxış edənlər Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərdən, Novruz adət-ənənələrindən, bu bayramın türk dünyası üçün əhəmiyyətdən danışıblar.

Bədii hissədə Azərbaycandan gələn musiqi qrupu milli musiqimizin nümunələri ilə qəhrəman qazilərimizin könlünü oxşayıb.


Şəffaflıq.az
Geri qayıt