Əsas Səhifə > İnfrastruktur > Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Novruzda gücləndirilmiş iş rejiminə keçəcək
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Novruzda gücləndirilmiş iş rejiminə keçəcək18-03-2022, 11:49 |
Novruz bayramı günlərində əhalinin nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilir. Məlumata görə, nazirliyin qurumlarına, eləcə də mobil və telekommunikasiya operatorlarına, internet xidmət provayderlərinə təlimat göndərilib. Müvafiq struktur bölmələri xidmətlər üzrə baş verə biləcək problemlərin aradan qaldırılması üçün tam hazır vəziyyətə gətirilib. Şəffaflıq.az Geri qayıt |