Əsas Səhifə > SAĞLAMLIQ > İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artıb
İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artıb16-03-2022, 12:47 |
Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı 43-ə qədər yüksəlib. Bu barədə "Report"a Agentlikdən məlumat verilib. Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Müqaviləli tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri Agentliyin rəsmi internet səhifəsində (https://its.gov.az) yerləşdirilib: 1. Bakı Sağlamlıq Mərkəzi 2. Mərkəzi Klinik Xəstəxana 3. Caspian International Hospital 4. Respublika Diaqnostika Mərkəzi 5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi 6. Gəncə Beynəlxalq Xəstəxanası 7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası 8. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi 9. Mərkəzi Neftçilər Xəstəxanası 10. Zəfəran hospital 11. EGE Hospital 12. Sumqayıt Hospital 13. Avrasiya Hospital 14. Xüsusi Müalicə Sağlamlıq Kompleksi 15. Leyla Medical Center 16. Badam Medical Center 17. Lor Hospital 18. Məlhəm Beynəlxalq Hospital 19. “OKİ” Özəl Tibbi Müalicəxanası 20. Oksigen Klinik Xəstəxanası 21. Diaqnoz Tibb Mərkəzi 22. Baku City Hospital 23. Mediland Hospital 24. Medera Hospital 25. Stimul Hospital 26. Medistyle Hospital 27. Batıgöz Medical Plaza 28. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası 29. İstanbul NS klinikası 30. Olimp Hospital 31. Kəpəz Hospital 32.Salam Doktor 33. Bioloji Təbabət Klinikası 34. Real Hospital 35. Turan Hospital 36. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik 37. Dünyagöz 38. National Prime Hospital 39. Regional Hospital 40. Səhhət Azərbaycan-Almaniya Klinikası 41. Spero Hospital (Dobromed) 42. Milan Hospital 43. Referans Qəbələ Tibb Mərkəzi Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir. Şəffaflıq.az Geri qayıt |