Əsas Səhifə > MALİYYƏ > Azərbaycan hökumətinin ötənilki hədəfləri açıqlanıb
Azərbaycan hökumətinin ötənilki hədəfləri açıqlanıb15-03-2022, 13:26 |
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hökumətin ötənilki fəaliyyət istiqamətlərini və hədəflərini açıqlayıb. “Report”un xəbərinə görə,T. Mirkişili parlamentin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, dövlət başçısı tərəfinən müəyyən edilmiş hədəflər və onlara hökumət tərəfindən nail olunma vəziyyəti əsasən 7 hədəfdən ibarət olub: - Şuşa şəhəri avtomobil yolunun tikilməsi. Hesabat ilində uzunluğu 101 km oln Əhmədbəyli-Füzuli-Şuşa Zəfər Yolu istismara verilib; - Füzuli şəhərində aeroportun fəaliyyətə başlaması. Hesabat ilində Qarabağın hava qapisı adlandırılan Füzuli beynəlxalq aeroportu isifadəyə verilib. Zəngilan və Laçın hava limanlarının isə bünövrəsi qoyulub; - Elektrik enerjisi ilə bağlı planların həyata keçirilməsi. Hesabat ilində işğaldan azad edilmiş ərazilərdə SES-lər, Rəqəmsal yarımstansiyalar inşa edilib, Şuşa şəhərini elektrik enerjisi ilə təmin etmək üçün bütün imkanlar yaradılıb; - Horadiz-Ağbənd, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisinə başlanılması; - Azad edilmiş torpaqlarda kənd təsərrüfatı inkişaf etdirilməsi; - Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlərin aparılması; - Qarabağ bölgəsinin çox zəngin turizm potensialının işə salınmasıdır. "Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatın qiymətləndirilməsi üçün bu hədəflərə nail olunma vəziyyəti mühüm rol oynayır", - T. Mirkişili bildirib. Geri qayıt |