Əsas Səhifə > Hadisə > "Yeganə" şadlıq sarayına cərimə protokolu yazılıb

"Yeganə" şadlıq sarayına cərimə protokolu yazılıb


15-03-2022, 10:10
Bakıda tanınmış şadlıq sarayına cərimə protokolu yazılıb.
Şəffaflıq.az-ın xəbərinə görə, “Yeganə Palace" MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 233.1-ci (Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının, habelə zərərli fiziki təsirlərin hədlərinin yol verilə bilən normativlərdən artıq olması) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
İş hakim Vaqif Həsənovin sədrliyi ilə araşdırılır.
Bu xətaya görə, vəzifəli şəxslər 2 500 manatdan 4 000 min manatadək, hüquqi şəxslər 10 500 manatdan 12 500 manatadək cərimə edilir.
Rəvan Əziz

Geri qayıt