Əsas Səhifə > XARİCİ XƏBƏR > Barak Obama koronavirusa yoluxub
Barak Obama koronavirusa yoluxub14-03-2022, 09:16 |
![]() Şəffaflıq.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında yazıb. “Koronavirus üçün verdiyim analiz nümunələri müsbət çıxıb. Bir neçə gündür boğazım ağrıyır, lakin özümü yaxşı hiss edirəm” , - Obama tviterdə yazıb. Amerika administrasiyasının keçmiş rəhbəri əlavə edib ki, həyat yoldaşı Mişelin analiz nümunələri mənfi çıxıb, hər ikisi də əvvəllər təkrar peyvənd olunublar. Xatırladaq ki, Obama ABŞ-ın 44-cü prezidentidir, o, 2009-2016-cı illərdə vəzifədə olub. Prezident seçkilərində qalib gəlməzdən əvvəl o, İllinoys ştatından ABŞ senatoru olub. Geri qayıt |