Əsas Səhifə > Hadisə / REGİON > Ukraynada öldürülən jurnalist "New York Times"ın müxbiri deyil
Ukraynada öldürülən jurnalist "New York Times"ın müxbiri deyil13-03-2022, 21:40 |
Ukraynada həyatını itirən amerikalı jurnalist Brent Reno “The New York Times” qəzetində işləmir. Şəffaflıq.az xəbər verir ki, bu barədə nəşrin nümayəndəsi Kliff Levi tviterdə məlumat verib. “Amerikalı jurnalist Brent Renonun Ukraynada vəfatı xəbərindən çox kədərləndik. Brent istedadlı fotoqraf və kinorejissor idi, lakin o, “New York Times” qəzeti tərəfindən Ukraynaya ezamiyyətə göndərilməyib”, - o yazıb. Onun sözlərinə görə, təqdim edilən akkreditasiya kartı uzun illər əvvəl Renoya verilib. Geri qayıt |