Əsas Səhifə > SAĞLAMLIQ > Azərbaycanda daha 197 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb
Azərbaycanda daha 197 nəfər koronavirusa yoluxub, 10 nəfər ölüb12-03-2022, 17:26 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 197 yeni yoluxma faktı qeydə alınıb, 468 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 790 575 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 011 nəfər müalicə olunaraq sağalıb, 9 599 nəfər vəfat edib. 1 965 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 528, bu günə qədər isə ümumilikdə 6 628 447 test icra olunub. Geri qayıt |