Əsas Səhifə > Hadisə > Azərbaycanın Ukraynadakı keçmiş səfiri axtarışa VERİLDİ
Azərbaycanın Ukraynadakı keçmiş səfiri axtarışa VERİLDİ10-03-2022, 12:43 |
Azərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev axtarışa verilib. Şəffaflılq.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib. 79 yaşlı diplomat Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə və ya israf etmə) üzrə təqsirləndirilir. Qeyd edək ki, Tələt Müseyib oğlu Əliyev 1942-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışıb. T.Əliyev eyni zamanda 2002-2006-cı illərdə Azərbaycanın Belarus və Moldovada da səfiri işləyib. Geri qayıt |