Əsas Səhifə > Dünya > İran ABŞ-ın iştirakı olmadan nüvə müqaviləsini imzalamağa hazırdır
İran ABŞ-ın iştirakı olmadan nüvə müqaviləsini imzalamağa hazırdır21-08-2019, 22:05 |
Şəffaflıq.az xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Zərif Tehranın nüvə müqaviləsinin - Birgə Hərtərəfli Hərəkət Planı (Joint Comprehensive Plan of Action) adlı sazişin öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bildirərək qeyd edib ki, bu yalnız Avropanın onun şərtlərinə əməl eləməyə başlayacağı təqdirdə mümkündür. TASS informasiya agentliyinin verdiyi xəbərə görə, Stokholm sülh tədqiqatları institutundakı çıxışı zamanı İranın xarici siyasət idarəsinin rəhbəri belə deyib: “Əgər Avropa özünün sövdələşmədəki öhdəliklərini yerinə yetirərsə, biz də öz öhdəliklərimizi yenidən yerinə yetirməyə başlayacağıq. Hətta, ABŞ Birgə Hərtərəfli Hərəkət Planına yenidən qayıtmasa da, biz bunu edərik”. Zərif bu öhdəliklərə İran neftinin alınmasının və məhsulların tədarük edilməsinin daxil olduğunu qeyd edib: “Lakin bu öhdəliklərin heç biri yerinə yetirilməyib”. Geri qayıt |